“NATO Türkiyə və Suriya arasında sazişi dəyərlənidirməyə tələsmir” - STOLTENBERQ

  • By admin
  • 23 Oktyabr 2019 19:17
Şimali Atlantika alyansı Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Suriya üzrə əldə olunan razılaşmanın dəyərləndirilməsinin hələ erkən olduğunu bildirib.
Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin şurasının toplantısı öncəsi jurnalistlər qarşısında bəyan edib.
Qeyd olunur ki, həmin iclas bu ilin oktyabr ayının 24-25-də keçiriləcək.
Bununla bərabər Y.Stoltenberq ABŞ və Türkiyə arasında bağlanan və “Suriyadakı zorakılığın qarşısının alınmasına gətirib çıxaran” sazişi təqdirəlayiq hal hesab etdiklərini söyləyib.
“NATO Suriyada siyasi nizamlanmanın zəruriliyinə diqqət çəkir. Bu yaxınlarda mən prezident Ərdoğanla danışdım və ona Suriyanın şimalında aparılan əməliyyatlarla bağlı qayğılarımızı çatdırdım. Lakin mən də başa düşürəm ki, müttəfiqimiz təhlükəsizliyi ilə bağlı yaranan problemlərdən əziyyət çəkir. Bütün bunlara rəğmən son günlərdə baş verən biz xeyli ümid bəxş edib”,- deyə baş katib vurğulayıb.
Norveç əsilli NATO rəhbəri müdafiə nazirlərinin toplantısında Suriyadakı situasiyanı və Türkiyənin əməliyyat bölgəsində sülhün bərqərar olunmasını müzakirə edəcəklərini deyib.
Bundan başqa, nazirlər Almaniyanın Suriyanın şimal-şərqində beynəlxalq nəzarət altında, təhlükəsizlik zonasının qurulması ideyasını da müzakirə edəcəklər.
Gununsesi.org