Naxçıvanın sabiq DİN rəhbərinin qardaşı hakim qarşısında- HƏDƏ-QORXU İLƏ 140 MİN DOLLAR ALIB

Naxçıvanın sabiq DİN rəhbərinin qardaşı hakim qarşısında

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclasının başlayacağı tarix açıqlanıb.

Gununsesi.org  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses dekabrın 6-na təyin edilib.

Cinayət işinə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ə.Əhmədov iki nəfərin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə günahlandırılır.

Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədov bu il tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

COMMENTS