Naxçıvanın sabiq DİN rəhbərinin qardaşı niyə həbs edilib? - İTTİHAM

  • By admin
  • 17 Noyabr 2018 03:42
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun Bakı şəhərində həbs edilməsiylə bağlı bəzi detallar məlum olub.
Gununsesi.org  azinforum.az-a istinadən xəbər verir ki, sabiq nazirin qardaşına Cinayət Məcəlləsinin iki maddəsi – 182 (hədə qorxu ilə tələb etmə) və 145 (qanunsuz azadlıqdan məhrum etmə) ilə rəsmi ittiham elan olunub və o, hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Bildirilir ki, Əvəz Əhmədov əvvəllər iş birliyində olduğu hansısa bir iş adamının şikayəti əsasında həbs edilib.
Qeyd edək ki, bir müddət əvvəl, onunla bir türk iş adamı arasında olan narazılıqla bağlı mediada məlumatlar dərc edilmişdi. Şikayətin həmin əcnəbi iş adamı tərəfindən verilib-verilmədiyi barədə hələ ki, məlumat yoxdur.