Naz Mila ərə getdi

Naz Mila ərə getdi

“Zühal Topalla İzdivac” verilişinin azərbaycanlı gəlin namizədi Naz Mila ərə gedib.

“Gununsesi” xəbər verir ki, sosial şəbəkələrdə paylaşdığı açıq-saçıq videolar və fotolarla tanınan Naz nikah mərasimindən videoları İnstaqram səhifəsində paylaşıb.

“Ərə gedə bilməzsən dedilər, getdim. Özü də məni çox sevən, məni özəl hiss etdirən, bir sözümlə hər şeyi önümə sərən, ən önəmlisi sevdiyim adamla… Sənin kimi həyat yoldaşına sahib olduğum üçün çox xoşbəxtəm”, – deyə Naz yazıb.

Qeyd edək ki, Naz Mila bir müddət əvvəl Gürkan adlı şəxslə münasibətdə olduğunu bildirmiş və onunla fotolarını paylaşmışdı.

Xatırladaq ki, Nazın iki il əvvəl iş adamı Əli Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə yaxtada görüntüləri yayılmışdı.

 

 

 

COMMENTS