Nazarbayev Azərbaycana gəlir

  • By admin
  • 17 Avqust 2016 11:40

Nursultan Nazarbayev

Bu ilin payızında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir.

Gununsesi.info rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı Qazaxıstan xarici işlər naziri Erlan İdrisov bu gün keçirdiyi brifinqdə bəyan edib.

E. İdrisov bildirib ki,  N. Nazarbayevin payızda Polşa və Serbiyaya səfərləri planlaşdırılıb. Onun sözlərinə görə, N. Nazarbayev sentyabrda Çində keçiriləcək “G20” sammitinə də dəvətlidir: “Bu ilin payızında Qazaxıstan prezidenti Azərbaycan, Yaponiya, Cənubi Koreya, Ermənistan, Səudiyyə Ərəbistanı və İordaniyaya da səfər edəcək”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info