Şok: Ömürlük prezidentlik iddiasında olan Nazarbayev istefa verdi - DÜNYA DƏYİŞİR, AYAQLAŞMALIYIQ

  • By admin
  • 19 Mart 2019 17:20

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə Qazaxıstan dövlət başçısı bu gün xalqa televiziya ilə müraciətində bildirib.

O, bildirib ki, 30 ildir ki, hakimiyyətdədir.: “Amma dünya dəyişir, bununla ayaqlaşmaq lazımdır. Yeniliklər gəlir. Yeni nəsil inanıram ki, ölkəmizi daha da irəli aparacaq”.

Xatırladaq ki, Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstanın prezidenti vəzifəsini tuturdu.

Prezidentin vəzifələrini müvəqqəti olaraq ölkə parlamentinin spikeri Kasım-Jomart Tokayev icra edəcək.

Nursultan Nazarbayev əlavə edib ki, Qazaxıstanın Respublika Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.