Nazarbayevin qızı parlamentin sədri oldu - VİDEO

  • By admin
  • 20 Mart 2019 18:22

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Parlament Senatının sədri seçilib. 

Gununsesi.org Tengrinews.kz-yə istinadən xəbər verir ki, o, palatanın deputatları arasında keçirilmiş gizli səsvermə nəticəsində bu posta təyinat alıb. İştirak edən 44 senatordan 44-ü Nazarbayevanın lehinə səs verib.

 Bu vəzifəyə qədər Dariqa Nazarbayeva Senatın beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı sədr vəzifəsini icra edirdi.

Xatırladaq ki, Qazaxıstanın eks-spikeri Kasım-Jomart Tokayev bu gün prezident səlahiyyətlərinin icrasına başlayıb. Belə ki, dünən Nursultan Nazarbayev prezidentlikdən istefa verib.