Nazir Gəncədə evə düşən mərmidən danışdı - DÖYÜŞ MƏRMİSİ OLSAYDI TƏLAFAT QAÇILMAZ OLACAQDI

  • By admin
  • 19 İyun 2019 09:34

Müdafiə naziri Zakir Həsənov etiraf edib ki, milli ordunun təlimləri zamanı buraxılmış mərmi Gəncə şəhərində yaşayış evinə düşüb.

Gununsesi.org xəbər verir ki, jurnalistlərlə görüşdə nazir onun təlim mərmisi olduğunu deyib: “Döyüş mərmisi olsaydı tələfat qaçılmaz olardı”.

Nazir iddia edir ki, mərmi qayaya dəyib, 18 km-ə yaxın sıçrayaraq evə düşüb. Bu hadisə ilə əlaqədar təlim dayandırılıb. Hadisə yerində komissiya işləyir, hadisənin səbəblərini araşdırır.

Müdafiə Nazirliyi ev sahibinə dəyən ziyanı ödəyəcək, deyə nazir bildirib.