Nazir ölümlə təhdid edilir

  • By admin
  • 05 İyun 2016 16:35
alman1
Almaniyanın ədliyyə və istehlakçıların hüquqlarını müdafiə naziri Xayko Maas ölüm təhdid edildiyini bildirib.
APA-nın məlumatına görə, X. Maas “ Bild am Sonntag ” qəzetinə müsahibəsində deyib ki, hətta şəxsi mənzilindəki poçt qutusuna 9 mm-lik güllə də atılıb.
Ədliyyə nazirinə yer və zamanı göstərilməklə, öldürüləcəyi barədə məktublar da gəlir. X. Maas əsasən sağ yönümlü PEQİDA (antiislam hərəkatı), Almaniya üçün Alternativ hərəkatları və Almaniya Milli-Demokratik Partiyasının üzvləri tərəfindən təhdid olunduğunu söyləyib. Ədliyyə naziri artıq belə təhdidlərdən narahat olmadığını da vurğulayıb: “Siyasətdə olduğum 20 il ərzində bu günkü kimi kobudluqla rastlaşmamışam. Təhdidlər mənim işimə təsir etmir”.