Nazir TDƏŞ baş katibi ilə görüşdü - İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAFI ÜZRƏ MÜZAKİRƏLƏR EDİLDİ

  • By admin
  • 07 Oktyabr 2019 17:08

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

Gununsesi.org-a daxil olan məlumata görə,görüşdə Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə iqtisadi sahədə əlaqələrinin inkişafı, 2019-cu il 14-15 oktyabr tarixlərində Bakıda keçiriləcək TDƏŞ-in VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili məsələləri müzakirə edilib.

TDƏŞ baş katibi ilə həmçinin, üzv ölkələr arasında iqtsadi-ticarət əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacaq Birgə İnvestisiya Fondunun yaradılması barədə fikir mübadiləsi aparılıb.

Gununsesi.org