Nazir və müavinləri Qax sakinləri ilə görüş keçirdib

  • By admin
  • 21 İyun 2019 12:20

İyunun 21-də  Mədəniyyət naziri Əbülfəs Qarayev Balakən rayon Mədəniyyət Mərkəzində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Gununsesi.org xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki və Oğuz rayonlarından, nazir müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayonundan olan vətəndaşları qəbul ediblər.

 Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbullarda ümumilikdə 50 nəfərdən artıq vətəndaşın müraciəti dinlənilib.



Gununsesi.org