Nazir Zakir Həsənov: “Azərbaycan Pakistanın ərazi bütövlüyünü dəstəkləyir”

  • By admin
  • 05 Dekabr 2019 15:48

“Azərbaycan Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir”.

“Report”un xəbərinə görə, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandı Azərbaycandakı diplomatik fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edərkən deyib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Pakistanın ölkəmizin ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Gununsesi.org