Naziri butulka ilə vurmaq istədilər

  • By admin
  • 25 Mart 2019 09:34

Bazarda naziri butulka ilə vurmaq istəyən şəxs saxlanıldı

Naməlum şəxs Finlandiya xarici işlər naziri Timo Soyniyə qarşı hücum etməyə cəhd edib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən xəbərinə görə, hadisə Vantaa şəhərinin bazarında qeydə alınıb.

Məlumata görə, həmin şəxs əlindəki butulka ilə XİN rəhbərini vurmaq istəyib, lakin nazirin mühafizəçisi onun qarşısını alıb.

 Hücum edən şəxs saxlanılıb, onun kimliyi barədə məlumat açıqlanmayıb.

Hazırda insidentin təfərrüatları araşdırılır.