Nazirlik Şəkidə ölən müəllimənin ailəsinə başsağlığı verdi

  • By admin
  • 16 İyul 2019 10:39

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Şəki Xan Sarayında baş verən hadisədə dünyasını dəyişən Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın ailəsinə başsağlığı verib.

Gununsesi.org xəbər verir ki, bu barədə nazirliyin feysbuk hesabında məlumat paylaşılıb. Qurum X. Ağamalıyevanın vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Gununsesi.org