Nazirliyin əməkdaşları döyüldü

Nazirliyin əməkdaşları döyüldü

Geygol

 

İyulun 21-də, saat 07:30 radələrində Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsində bir neçə şəxs parkın işçilərinə fiziki təzyiq göstərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, şəxsiyyətləri hələlik məlum olmayan şəxslər Göygöl Milli Parkına girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olublar. Nəzarət-buraxılış məntəqəsində növbədə olan park əməkdaşı Müşfiq Atayev qanunvericiliyə uyğun olaraq, Milli Parka turistlərin buraxılış saatının 09:00-dan başlandığını izah etməyə çalışsa da, həmin şəxslər tərəfindən təhqir edilib, vəzifə səlahiyyətini yerinə yetirən dövlət nümayəndəsinə qarşı zor tətbiq olunub və döyülüb. Nəticədə Milli Parkın əməkdaşı müxtəlif ağır xəsarətlər alıb.

Hadisədən xəbər tutan Milli Parkın digər mühafizə yegeri Osman Mustafayev zorakılıq göstərən şəxsləri sakitləşdirməyə cəhd edərkən o da fiziki təzyiqə məruz qalıb, deşici alətlə qoluna xəsarət yetirilib, baş nahiyəsinə isə kətil vasitəsilə zərbə endirilib.

Milli Parkın əməkdaşlarına qarşı zorakılıq göstərən şəxslər bundan sonra  hadisə yerindən qaçıb.
Göygöl Milli Parkının xəsarət alan əməkdaşları müvafiq yardım alınması və xəsarətlərinə ekspert rəyi verilməsi üçün xəstəxanaya müraciət edib.

Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Gununsesi.info

COMMENTS