Neft Fondunun 2,4 milyard dolları “əriyib”

  • By admin
  • 01 İyul 2016 15:28

neft

Azərbaycan Neft Fondu bu ilin əvvəlindən yerli valyuta hərracları bazarında fəal oyunçu olmağa başlayıb. Onun rolu milli valyutanın – manatın dəstəklənməsindən ibarətdir. Belə ki, Mərkəzi Bankın vəsait çatışmazlığı səbəbindən manat əvvəlki sabitliyini itirib.

İyunun son günləri Neft Fondu demək olar ki, hər gün AMB-nin təşkil etdiyi hərraclarda 50 mln. həcmində dollar satıb. İyunun yekununda $450 mln. həcmində “neft valyutası” satılıb.

Interfax-Azerbaijan-ın hesablamalarına görə, Neft Fondu bu məqsədlə $2 mlrd. 436,9 mln. ayırıb. 2016-cı ilin 1-ci rübündə ümumi məbləği $1 mlrd. 253 mln. həcmində, 2-ci rübdə $1 mlrd. 183,9 mln. həcmində valyuta satılıb.