Rövnəq Abdullayev adı korrupsiya ittihamında hallanan şəxsə vəzifə verdi

  • By admin
  • 04 Noyabr 2019 15:01

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) bir sıra kadr dəyişikləri baş verib. 

Gununsesi.org xəbər verir ki, SOCAR rəhbəri Rövnəq Abdullayevin əmri ilə Adnan Əhmədzadə şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini vəzifəsinə təyin edilib.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Məmməd oğlu Vəliyevə həvalə edilib.

Qeyd edək ki, Adnan Əhmədzadənin adı bir sıra beynəlxalq media orqanlarında korrupsiya qalmaqalları ilə hallanıb. Azərbaycan və Türkiyə mediasında onun haqqında bir sıra ittihamlar yer alıb.