Neftçalada ər arvadını bıçaqlayıb

  • By admin
  • 01 Yanvar 2018 22:46

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Firdovsi qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və dərhal əməliyyata götürülüb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info