Neftçalada 50 yaşlı kişi özünü asdı

  • By admin
  • 20 Avqust 2016 09:10

intihar_23e75646

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 50 yaşlı Cəbrayıl Əliheydər oğlu Məmmədov özünü həyətdəki üzüm tənəyindən asaraq intihar edib. İntiharın səbəbləri hələik məlum deyil.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info