“Neftçi” klubu Rusiyaya gedə bilmədi - TƏYYARƏDƏ TEXNİKİ PROBLEM AŞKARLANDI

  • By admin
  • 24 İyul 2019 10:49

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Neftçi” klubu “Arsenal” ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib. Buna səbəb Heydər Əliyev Beynəlxalq Hava limanından Bakı – Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır.

AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda problemin həlli yolunda işlər görülür:

“Təyyarənin plana əsasən, saat 11:00-da uçuş edəcəyi gözlənilir”.

Qeyd edək ki,  “Neftçi” Moskvadan Tulaya avtobusla gedəcək.

Xatırladaq ki, klublar arasında ilk görüş 25 iyul saat 21:00-da Tulanın “Arsenal” stadionunda keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Gununsesi.org