Nepalın Baş naziri Azərbaycana səfər edəcək

Nepalın Baş naziri Azərbaycana səfər edəcək

Nepalın Baş naziri Xadqa Praşad Şarma Oli Azərbaycana səfərə gələcək.

Gununsesi.org Nepal KİV-inə istinadən xəbər verir ki, Nepalın Baş naziri oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində iştirak edəcək.

Xatırladaq ki, sammit zamanı quruma sədrlik üç il müddətinə Azərbaycana keçəcək.

 

Gununsesi.org

COMMENTS