Neslican Tay 4-cü dəfə xərçəngə qalib gələ bilmədi - FOTOLAR

  • By admin
  • 21 Sentyabr 2019 10:32

Uzun müddət xərçənglə mübarizə aparan və bu mübarizəsi ilə simvol halına gələn türkiyəli gənc Neslican Tay vəfat edib.

Türkiyə mətbuatı xəbər verir ki, 15 sentyabrdan bəri reanimasiyada olan və vəziyyəti ağırlaşan gənc qız bir neçə saat öncə həyatla vidalaşıb.

Üç dəfə xərçəngə qalib gəlməyi bacaran, bu mübarizədə bir ayağını itirən gənc xanım verdiyi bir müsahibədə “ayağım yoxdur, amma yaşamaq sevincim var” deyərək pozitivliyi ilə hər kəsin sevimlisi olmuşdu.

Müxtəlif platformalarda verdiyi pozitiv mesajlarla sosial şəbəkələrin fenomeni olan Neslican xəstəliyinə rəğmən, universitetə girməyi bacarmışdı.

Dördüncü dəfə xərçəngə yaxalanan “Ümidsizliyə gülümsəyən qız” ləqəbli Neslican Tay İstanbuldakı xəstəxanaların birində vəfat edib.

Gununsesi.org