Nigerdə yaranan izdiham zamanı onlarla insan öldü

  • By admin
  • 17 Fevral 2020 21:59

Nigerin cənub-şərqindəki Diffa şəhərində qaçqınlara ərzaq və puldan ibarət humanitar yardımlar paylanıldığı vaxt yaranan izdiham nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla, azı 20 nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.

Gununsesi.org AFP-ə istinadən xəbər verir ki, yardımlar qaçqın düşərgəsinə gələn qonşu Nigeriyanın Borno ştatının qubernatoru Babaqana Öməra Zulum tərəfindən təşkil olunub. Belə ki, düşərgədə yaşayanlara 5.000 naira (Nigeriya valyutası), yəni 13,75 ABŞ dolları məbləğində pul və ərzaq paylanılıb.

Yardımları almaq ümidi ilə 100 kilometrədək uzaqdan minlərlə insanın düşərgəyə gəldiyi bildirilir.

Qeyd edək ki, “Boko Haram” radikal terrorçu təşkilatının hücumlarından sığınacaq axtaran 119 minədək nigeriyalı, habelə Nigerin başqa bölgələrinin 109 minədək sakini Diffa əyalətində yerləşdirilib.

 

 

Gununsesi.org