Nigeriyada terror aktı törədilib, xeyli sayda ölən və yaralanan var

  • By admin
  • 17 İyun 2019 19:23

Nigeriyada terror aktı törədilib.

Gununsesi.org “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təcili Yardım İdarəetmə Agentliyində əməliyyat rəhbəri Osman Kaçalla məlumat verib.

Hadisə Nigeriyanın şimal-şərqində, Borno ştatının mərkəzi Maiduquri şəhərinin 38 kilometrliyindəki Konduqa yaşayış məntəqəsində qeydə alınıb. Ard-arda üç partlayış nəticəsində 30-dan artıq sakin ölüb, 40-dən artıq yaralı var.

Yerli futbol fanatlarının oyuna baxmaq üçün toplaşdığı salonda üç intiharçı-kamikadze terrorçu tərəfindən törədilən partlayışlar nəticəsində 17 nəfər yerindəcə ölüb.