Niko Kovaç istefaya göndərildi

  • By admin
  • 04 Noyabr 2019 10:18

“Bavariya” baş məşqçisi Niko Kovaçı istefaya göndərib.

Gununsesi.org klubun saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Münhen klubunun rəhbərliyi komandanın Bundesliqanın 10-cu turunda “Ayntraxt”a 1:5 hesabı ilə uduzmasından sonra xorvatiyalı mütəxəssislə yolları ayırmağa qərar verib.

Kovaç 2018-ci ildən “Bavariya”nı çalışdırırdı.

 

Gununsesi.org