Niyazi Bayramov keçmiş baş prokurorun qardaşını işdən çıxardı

Niyazi Bayramov keçmiş baş prokurorun qardaşını işdən çıxardı

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kadr dəyişiklikləri barədə müvafiq əmrlər imzalayıb.

Belə ki, İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Flora Zeynalova tutduğu vəzifədən azad olunub.

Gununsesi.org xəbər verir ki, bu barədə Modern.az-a İcra Hakimiyyətindən bildirilib.

Digər məlumata görə, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev də işində verdiyi nöqsanlara görə  tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Dilqəm Alıyev Respublikanın sabiq baş prokuroru Əli Ömərovun qardaşıdır.

COMMENTS