Norveçdə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölən var

  • By admin
  • 21 Yanvar 2020 21:06

Norveçin Konqsvinger hava limanında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Norveç Teleqraf Bürosu məlumat yayıb.

Təyyarədə cəmi iki nəfər olub. Onlardan 72 yaşlı kişi ölüb, 78 yaşlı ikinci bir kişi isə xəstəxanaya göndərilib.

Qəza eniş zamanı baş verib. Polis baş verənlərlə əlaqədar araşdırmaya başlayıb. Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb.

Gununsesi.org