Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

  • By admin
  • 06 Dekabr 2019 12:53

09 Dekabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

Gununsesi.org xəbər verir ki, Hibrid hərrac vasitəsilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün, faiz dərəcəsi: 6,01% – 7,74%-dir.

Xəbər verdiyimiz kimi, 02.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 655 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb ediləcəyi bəyan etdiyindən bu məbləği də cəlb edib.

5.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 743,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etməyi nəzərdə tutduğundan bu məbləği də cəlb etmişdi.

18.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 605 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

12.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 663.7 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

Gununsesi.org