Növbəti qətl xəbəri Sumqayıtdan gəldi - Qardaş bacısını bıçaqla qətlə yetirdi

  • By admin
  • 12 Oktyabr 2016 10:19

Bicaqlama

Sumqayıtda qətl törədilib.

Gununsesi.info bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 24 yaşlı Pərviz Şahbazov bacısı, 22 yaşlı Zümrüdü bıçaqlayaraq öldürüb.

Hadisəni törədən gənc saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

Gununsesi.info