“Seçkilərdə iştirakımla bağlı qərar verməyim hələ tezdir” - İLHAM ƏLİYEV

  • By admin
  • 18 Oktyabr 2016 12:18

prezident-sputnik

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. Habelə bildirib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.

“Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də indidən hansısa qərar vermək tezdir. Əgər mən bu günkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbətdə ki, bu etimadı doğrultmağa çalışacağam”-İlham Əliyev Dmitri Kiselyovla söhbətində deyib.

Gununsesi.info