Novruz bayramında bir həftə iş olmayacaq – Nazirlər Kabineti açıqladı

  • By admin
  • 15 Mart 2019 12:54

Novruz bayramı ilə bağlı qeyri-iş günləri açıqlanıb.

Gununsesi.org xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 20, 21, 22, 23 və 24 mart Novruz bayramıdır. Əmək Məcəllləsində əsasən, 23 mart şənbə, 24 mart bazar günü, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 25 və 26 mart da qeyri-iş günüdür.

Beləliklə, bu il Novruz bayramında bir həftə iş olmayacaq.