Novruz Məmmədov bağçalarla bağlı yeni qərara imza atdı

Novruz Məmmədov bağçalarla bağlı yeni qərara imza atdı

Azərbaycan Naş Naziri Novruz Məmmədov “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb. 

Gununsesi.org xəbər verir ki, sənəddə deyilir:

3. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu

3.1. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

3.1.1. 1 yaşdan 2 yaşadək – 15 uşaq;

3.1.2. 2 yaşdan 3 yaşadək – 15 uşaq;

3.1.3. 3 yaşdan 4 yaşadək – 20 uşaq;

3.1.4. 4 yaşdan 5 yaşadək – 20 uşaq;

3.1.5. 5 yaşdan 6 yaşadək – 20 uşaq;

3.1.6. müxtəlif yaşlı uşaqlar üçün qruplarda:

3.1.6.1. 1 yaşdan 3 yaşadək – 10 uşaq;

3.1.6.2. 3 yaşdan 6 yaşadək – 15 uşaq.

Gununsesi.org

 

COMMENTS