Novruz Məmmədov 2 şöbə müdirini işdən çıxardı

  • By admin
  • 18 Oktyabr 2018 15:18

Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb.

Gununsesi.org xəbər verir ki, bu haqda baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib.

Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Qərarla onun da dövlət qulluğuna xitam verilib.