Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək

  • By admin
  • 13 Oktyabr 2019 15:18
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşündə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək.
Gununsesi.org xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya planlaşdırılan səfəri ilə bağlı Türkiyə Prezident Administrasiyasının saytında yerləşdirilən məlumatda əksini tapıb.
N. Nazarbayev Türki Şurasının qurulmasına böyük əmək sərf etdiyi üçün bu fəxri ada layiq görüləcək.
Gununsesi.org