Azərbaycanda həmişə belə olub - NUŞİRƏVAN SƏFƏROV VƏZİFƏDƏN GETMƏSİNİN SƏBƏBİNİ AÇIQLADI (ÖZƏL)

  • By admin
  • 09 Yanvar 2020 15:26

 

 

Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nişirəvan Səfərov haqqında ittiham dolu xəbərlər yayılmaqdadır.

İddialara görə, onun “vurulmasına” səbəb kimi DİN tərəfindən aparılan yoxlamalar zamanı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində rüşvət və korrupsiya hallarının üzə çıxması olub.

Gununsesi.org-a açıqlamasında Nişirəvan Səfərov haqqındakı iddialardan danışıb.

İşdən getməsinin sırf yaş senzi ilə bağlı olduğunu deyən sabiq rəis bildirib ki, hətta bi il artıq bu vəzifədə qalıb: “Mənim 61 yaşım var. 1 il  artıq çalışmışam. Barəmdə yazılanlara gəlincə, bunlara təbii yanaşıram. Azərbycanda həmişə belə olub. İşdən gedən adam haqqında uydurma və böhtanlar danışılır. Görməmişəm ki, indiyədək hansısa vəzifədən gedən şəxs haqqında bu olmasın”.

DİN-nin Bakı Baş Dövlət Yol Polisi İdarəsində yoxlama aparması faktını isə təsdiqləyən sabiq rəis bildirib ki, bu yoxlamanın nəticəsi bəlli deyil: “Məni bu yoxlama nəticəsində azad etməyiblər. Hələ yoxlama gedir. Bu cari yoxlamadır. Hər idarədə bu cür yoxlamalar olur”.

Xatırladaq ki, Nuşirəvan Səfərov bu vəzifəyə 2010-cu ildə DİN rəhbəri Ramil Usubovun əmri ilə təyin olunmuşdu.

 

Gununsesi.org