“O, başqalarını şirnikləndirən çox şeylərdən imtina etməyə həmişə özündə güc tapıb” - RAMİZ RÖVŞƏN QULU MƏHƏRRƏMLİ HAQDA

  • By admin
  • 02 Noyabr 2019 19:16

Bu gün görkəmli jurnalist, professor Qulu Məhərrəmlinin ad günüdür.

 

Gununsesi.org xəbər verir ki, Xalq şairi Ramiz Rövşən Moderator.az-a açıqlamasında 65 illik yubiley münasibəti ilə professor Qulu Məhərrəmlini təbrik edib, ona arzu və təbriklərini çatdırıb:

“Bu gün əziz dostumuz Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Bir məşhur ifadə var, göstər dostun kimdir, deyim sən kimsən. Bu baxımdan Qulu Məhərrəmli kimi dostun varlığı hər bir insana ancaq hörmət gətirər. Çünki Qulu Məhərrəmli uzun illərdir ki,  bir qələm sahibi kimi yüksək istedad və peşəkarlıq, bir şəxsiyyət kimi isə mənəvi-əxlaqi bütövlük, dəyanət və ləyaqət nümunəsidir. Dostoyevski deyirdi ki, şəxsiyyət imtina etməyi bacarmaqdan başlayır. Qulu Məhərrəmli öz şəxsiyət və ləyaqəti naminə başqaları şirnikləndirən çox şeylərdən imtina etməyə həmişə özündə güc tapıb.

Mən əziz dostuma uzun ömür arzulayıram. Illər onu ancaq zahirən dəyişə bilər. Bir şəxsiyyət kimi onun bütövlüyündən nə isə qopara bilməz. Buna illərin gücü çatmaz. Mən əziz dostuma həmişə bu cür güclü qalmağı arzulayıram”.

Gununsesi.org