O, canlı ensiklopediyadır - GƏNC ALİMDƏN ÜNLÜ YAZIÇIYA TƏBRİK

  • By admin
  • 07 Aprel 2019 17:00

 

Çox nadir hallarda belə şəxsiyyətə  rast gəlmək olur.

201 kitabı,  3000 dən çox orjinal əsərləri, 32 əcnəbi dilə tərcümə olunan əsərlərinin sayı 30 milyondan artıq yazıçı.

Onun əsərləri dünyanın 6 qitəsində, yalnız Antraktidadan başqa Afrikada, Asiyada, Avropada, Amerikada və Avstraliyada  çap olunub.

İndi çoxları hesab edər ki, söhbət hansısa xarici bir ünlü yazıçıdan gedir.

Çünki, çoxları  indiyədək Azərbaycanda bu statistik xarakterli məlumata malik olan yazıçıya rast gəlməsə də amma qürurla deyə bilərik ki, belə bir AZƏRBAYCANLIMIZ – ÇİNGİZ ABDULLAYEVİMİZ var.

Çingiz Abdullayev çıxışlarının birində deyir ki, Dante XIII əsrdə “İlahi komediya”nı, Balzak XIX əsrdə “Bəşəri komediya”sını, Con Coysun XX əsrdə “Müasir komediya”nı,  mən isə XXI əsrdə “Kriminal komediya”nı yazdım.

“İnanıram ki, öz kitablarımla insanlara kömək edirəm” deyən böyük yazıçımızın söylədiklərində həqiqət var: “Bu, yazıçının missiyasıdır. Kitab insanları tərbiyə etməlidir, doğru yola aparmalıdır. Dünyada Allahın və İblisin yolu var. Mən insanları inandırıram ki, siz Allahın tərəfində vuruşmalısınız. Yazıçı kömək etməlidir ki, insan Allahı seçsin, İblisi yox”.

Onun “Mavi mələklər” əsərini oxuyanda universitetin üçüncü kurs tələbəsi idim. Əslində dedektiv janrda əsərləri oxumağı heç vaxt sevməmişdim amma Çingiz Abdullayev yaradıcılığından bəhs etdiyi üçün mənə çox maraqlı gəldi.

“Mavi mələklər”i oxuduqdan sonra  məndə bu yazıçının digər əsərlərinə olan maraq daha da artırdı və ardınca “Əclafların qanunu”, “Məşhər ayağında”, “Məhəbbət və nifrətin zirvəsi”, “Payız madriqalı” və  ən son oxuduğum şah əsərlərindən biri də “ Eramızın əzəlində sui-qəsd” oldu.

Image result for çingiz abdullayev

Hər dəfə də onun əsərlərini oxuduqca xalq yazıçısının düşüncələrinə və dünya görüşünə heyran qaldım və bu yazıçını daha yaxından tanımaq istədim. Belə də oldu.

Mən Çingiz Abdullayev şəxsiyyəti ilə yaxından tanış oldum və bu insanın xarakterinə, əqidəsinə, vətənpərvərliyinə dünya görüşünə heyran qaldım. Onun qədər ölkəsini, xalqını  istər Vətənində, istərsə də xarici ölkələrdə müdafiə edən ikinci bir yazıçı tanımadım. O, hər zaman beynəlxalq tədbirlərdə ermənilərə qarşı həm  diplomatik, həm də intellektual hazırcavablığı ilə mübarizə aparan şəxsiyyətlərdən biri oldu.

Bu yaxınlarda xalq yazıçısının yaradıcılıq gecəsində iştirak edirdim.

Onun işığına xarici ölkələrdən belə gəlmişdilər, hər kəs onunla yaxından ünsiyyətdə olmğa can atırdı. Məni bu dəfə də xalq yazıçısı təəccübləndirdi, bilirsinizmi niyə?

Çünki 4 saata yaxın oxucuları ilə ünsiyyətdə ayaq üstə dayanıb, 1 qurtum su belə içmədən öz yaradıcılığlndan bəhs edən xalq yazıçısı Çingiz Abdullayevin nə qədər yüksək mədəniyyətə sahib olduğuna bir daha heyran qaldım.

O, həqiqətən də canlı ensiklopediyadır!!!

Bu gün dünya şöhrətli yazıçının 60 illik yubleyidir, onun haqqında saatlarla xoş təəssüratlar danışmaq olar. Amma mən bu görkəmli şəxsiyyət haqqında qısaca təbrikimi deyəcəm.

Görkəmli,  fəxr olunası yazıçı,  millətini vətənində və düyada layiqli təbliğ edən əqidəli şəxsiyyət, etibarlı dost Ad gününüz mübarək olsun!

Sizdən daha yeni əsərlər gözləyirik !

Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Vüsalə Məmmədzadə

Gununsesi.org