Obamaya göndərilən tozun tərkibi bəlli oldu

  • By admin
  • 14 Fevral 2018 09:53

İstintaqdan əldə edilən ilkin məlumatlarda bildirilib ki, Vaşinqtonda keçmiş ABŞ prezidenti Barak Obamanın ofisinə göndərilən məktubda körpələr üçün nəzərdə tutulan toz olub.

Gununsesi.info-nun dünya mətbuatına istinadən verdiyi məlumata görə, məktub Honq-Konqdan göndərilib. Lakin məktubu göndərən dəqiq ünvan göstərməyib.

Ağ tozlu məktubları ABŞ-ın hazırki prezidenti Donald Trampın oğlu və Britaniya Parlamentinin ofislərinin birinin əməkdaşları da qəbul edib.

 

Gununsesi.info