Odessada kollec yanğınında ölənlərin sayı artdı

  • By admin
  • 11 Dekabr 2019 22:31

Ukraynanın Odessa şəhərində kollec yanğınında ölənlərin sayı 13 nəfərə çatıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar arasından daha bir nəfərin cəsədini tapıb.  Xəsarət alan 8 nəfər isə hələ də xəstəxanadadır.

Xatırladaq ki, dekabrın 4-də Odessada kollecdə yanğın baş veri. Nəticədə binanın tavanı uçub. Faktla bağlı cinayət işi açılıb.

 

Gununsesi.org