Oğlan futbol oyununda başqa qızla öpüşərkən kameraya düşdü – Sevgilisi onları TV-də gördü - VİDEO/ FOTO

  • By admin
  • 21 Yanvar 2020 12:58

Evkadorun futbol klubları olan “Barselona SC” ilə “Delfin” arasında keçirilən matç zamanı maraqlı anlar yaşanıb.

Gununsesi.org xarici mətbuata istinadla xəbər verir ki, yeni münasibət qurduğu sevgilisi ilə futbola baxmağa gedən oğlan stadionda öpüşərkən operatorlar onları kameraya çəkib.

Videoya çəkildiyini görən oğlan özünü yığışdırıb. O, qolunu qızın çiynindən götürərək heç nə olmamış kimi davranıb.

Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb. Sosial şəbəkələrdə biabır olan oğlan əsl sevgilisinə xəyanət etdiyini boynuna alıb.

Gununsesi.org həmin görüntüləri təqdim edir:

 

Gununsesi.org