Oğurluq etdi daha sonra isə bununla kifayətlənməyib mağazanı yandırdı

Oğurluq etdi daha sonra isə bununla kifayətlənməyib mağazanı yandırdı

İyulun 19-da Ağdam rayon sakini N.Rüstəmova məxsus, ümumi sahəsi 32 kvm olan mağazada yanğın baş verib.

Gununsesi.org xəbər verir ki, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla Quzanlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Hüseynovun həmin mağazadan oğurluq etməsi, daha sonra yanğını törətməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Hüseynov saxlanılıb.

 Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Gununsesi.org

COMMENTS