Oğurluqla məşğul olan 100-dən çox kloun saxlandı

  • By admin
  • 14 Fevral 2018 09:10

Rio-de-Janeyroda oğurluqla məşğul olan 110-a yaxın kloun saxlanılıb.

Gununsesi.info xəbər verir ki, klounlar karnaval zamanı oğurluqla məşğul olduqları zaman saxlanılıblar. Klounların üzərində tapança, güllələr və qumbara aşkar edilib.

Bundan əlavə, onların üzərində oğurlanmış 5 mobil telefon, saat və 2 pul kisəsi tapılıb.

Onların polis məntəqəsinə çatdırılması üçün 3 avtobus lazım olub.

Gununsesi.info