Oğuz rayonunda baş vermiş yanğın söndürülüb

  • By admin
  • 26 Yanvar 2020 19:05

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.

Gununsesi.org-un məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova “Report”a bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.

 

Gununsesi.org