Oğuzda 58 yaşlı kişi meşə ərazisində ağac kəsərkən ölüb

  • By admin
  • 20 Oktyabr 2019 20:07

Oğuzda 58 yaşlı kişi meşə ərazisində ağac kəsərkən ölüb.

Gununsesi.org-un məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Xal-Xal kəndinin meşəlik ərazisində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev ağac kəsərkən hələ ki bilinməyən səbəbdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.org