Oklahoma ştatında baş verən atışmada üç nəfər ölüb

  • By admin
  • 18 Noyabr 2019 21:55

ABŞ-ın Oklahoma ştatında supermarketdə baş verən silahlı insident zamanı üç nəfər ölüb.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Qeyd olunub ki, silahlı insident “Walmart” ticarət mərkəzində qeydə alınıb.

Hadisənin təfərrüatları məlum deyil. Polis hadisə yerində axtarışlar aparır.

 

Gununsesi.org