Oksana Rəsulova: “Mən onunla kiməsə görə barışmamışam”

  • By admin
  • 26 Avqust 2016 18:30

oksana

Bir neçə gün öncə Rəhimli Rəhimli ilə xalq artisti Aygün Kazımovanın konsertində Oksananın çıxış etməsi köhnə məsələləri gündəmə gətirib.

Gununsesi.info xəbər verir ki, Aygün Kazımova ilə küsülü olan Oksananın  Natəvan Həbibinin açığına xalq artisti ilə barışdığı iddia edilirdi. Bu barədə neçə gündü Oksana xanımla əlaqə saxlasaq da suallarımızdan yayınmağa çalışırdı. Nəhayət ki cavab ala bildik.

“Bu sual məni artıq bezdirib. Sözün düzünü desəm mən heç onunla küsməmişəm. Düzdü arada bir az soyuqluq var idi amma keçdi getdi indi hər şey yaxşıdı. Əgər sabah desə ki gəl mənim konsertimdə çıxış et mən edəcəm. Mən də rəqs qrupumda çıxış etməyə hazırdı.Əgər kimsə deyirsə ki, mən onunla kiməsə görə barışmışam yanılır. Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm bir daha bu sualla mənə müraciət etməyin”.

Gununsesi.info