Olimpiya festivalında 18 yaşlı basketbolçu qız zədələndi

Olimpiya festivalında 18 yaşlı basketbolçu qız zədələndi

Olimpiya festivalında bir basketbolçu zədələnib.

Səhiyyə Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, ötən gün “Olimpiya Gənclər Festivalı 2019” məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub. Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 18 yaşlı Türkiyəli qız basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası Kliniki Tibbi Mərkəzə çatdırıb

Yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır.

Gununsesi.org

COMMENTS