“Ölkə ərazisində İŞİD terrorçuları tamamilə məhv edilib”

  • By admin
  • 19 Noyabr 2019 21:20

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani təhlükəsizlik qüvvələri tərəfindən ölkə ərazisindəki İŞİD terrorçularının məhv edildiyini açıqlayıb.

Gununsesi.org “Reuters”ə istinadən xəbər verir ki, ölkənin şərqindəki Nəngərhar əyalətinin Cəlalabad şəhərində yerli ağsaqqallar və rəsmilər qarşısında nitqi zamanı dövlət başçısı deyib ki, bir il əvvəl nə vaxtsa İŞİD-i məhv edəcəyimizə heç kəs inanmazdı: “Hazırda İŞİD yaraqlıları təslim olur, mən onların ailələrini mərhəmətlə müalicə etmək barədə rəsmilərə tapşırıq vermişəm”.

Son bir həftə ərzində ölkədə 600-dən artıq İŞİD yaraqlısı ailələri ilə birgə hökumətə təslim olub. Rəsmilər bunu Əfqanıstan və beynəlxalq koalisiya qüvvələrinin hava zərbələri nəticəsində üsyançı dəstələr arasında yaranan ruh düşkünlüyü ilə əlaqələndirirlər.

Hökumət həbsdəki yaraqlılar arasında Pakistan, Tacikistan, Özbəkistan, İran, Azərbaycan, Qazaxıstan kimi xarici ölkələrin vətəndaşları olduğunu bildirir.

Əfqanıstanda həm hökumətə, həm də İŞİD-ə qarşı döyüşən “Taliban” hərəkatı isə deyilənləri inkar edir.

 

Gununsesi.org