Ölkə başçısı universitet rektorunu vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

  • By admin
  • 03 Dekabr 2019 18:08

Ölkə başçısı İlham Əliyev Elbrus Saleh oğlu İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Bundan başqa, Prezident Saleh Heydər oğlu Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Xəbər Azərtac-dan götürülüb.

Gununsesi.org