Ölkədə avtomobillərin onlayn diaqnostikası xidməti işə salına bilər

  • By admin
  • 03 Fevral 2018 23:44

Bu ilin birinci rübünün sonunda “CarDoctor” nəqliyyat vasitələrinin distant diaqnostikası xidməti işə salına bilər.

Gununsesi.info xəbər verir ki, layihənin rəhbəri Azər Əliyev deyib.

Onun sözlərinə görə, hazırda “CarDoctor”un istifadəçi alətlərinin təkmilləşdirilməsi üzrə yekun mərhələ reallaşdırılır.

İstifadəçilərə təqdim olunacaq alətlər internet vasitəsilə mərkəzləşdirilmiş sistemə qoşularaq avtomobilin diaqnostikasını aparmağa imkan verəcək. Avtomobilin nasazlığı barədə məlumat istifadəçiyə SMS vasitəsilə və elektron poçt ünvanına göndəriləcək.

Xidmət ilk dəfə SOCAR-ın yanacaqdoldurma məntəqəsində aprobasiya olunub. Məntəqədə “CarDoctor”un stasionar terminalı quraşdırılıb.

Gununsesi.info